"Yuventus"un kapitanı Corco Kellini “qoca senyora”nın heyətində 500-cü matçına çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu göstərici Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə oyunda qeydə alınıb.
34 yaşlı müdafiəçi Turin təmsilçisinin heyətində eyni sayda oyun keçirən 5-ci futbolçudur. Buna qədər Alessandro del Pyero, Canluici Buffon, Qaetano Şirea və Cüzeppe Furino 500 matçda "Yuventus"un şərəfini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB