Ronaldo: "Son mərhələyə addım-addım yaxınlaşırıq"

Ronaldo: "Son mərhələyə addım-addım yaxınlaşırıq"

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo komandasının Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Atletiko" üzərində qələbəsindən (3:0, ilk oyun 0:2) sonra fikirlərini bölüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, forvard qarşılaşmada etdiyi het-trikə də münasibət bildirib: “Bu matçı hamı gözləyirdi. Azarkeşlərə gözəl bir futbol gecəsi bəxş etdik. Söhbət vurulan qollardan getmir. Komandanın əzmkarlığını, öz işini əla görməsini nəzərdə tuturam. "Atletiko" asan rəqib deyil. Lakin biz qələbəyə layiq oynadıq. Çempionlar Liqasında məhz bu cür xarakter nümayiş etməlisən. İndiyədək "Yuventus" Çempionlar Liqasında het-trik etməyib. İlkə imza atdığım üçün sevinirəm. Möcüzələr yaratmaq üçün buradayam. Finaldan danışmaq hələ tezdir. Son mərhələyə addım-addım yaxınlaşırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə