Futbol üzrə Türkiyə Superliqasının 25-ci turunun "Başakşəhər"lə səfər oyununda (1:2) zədələnən "Fənərbaxça"nın yarımmüdafiəçisi Matyu Valbuenanın durumuna ayınlıq gəlib. Türkiyə mətbuatının yazdığına görə, sözügedən qarşılaşmada ayağından xəsarət alan fransız futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Digər zədəli Nabil Dirarın isə hələ də ağrılarının olduğu və bu səbəbdən 26-cı turda "Sivasspor"a qarşı oynamayacağı bildirilib. Əvəzində isə zədəsini yenicə sağaldan Mehmet Topal sıraya qayıdıb.
Qeyd edək ki, "Fənərbaxça" - "Sivasspor" oyunu martın 15-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB