"Mən “Bavariya” ilə oyunu səbirsizliklə gözləyirəm. İlk görüşdə meydana çıxmamışam. Rəqibimiz böyük heyətə malikdir”. Bu sözləri “Liverpul”un futbolçusu Vircil van Deyk UEFA-nın saytına açıqlamasında deyib.
Hollandiyalı müdafiəçi Çempionlar Liqasının 1/8 finalının “Bavariya” ilə keçiriləcək cavab matçını dəyərləndirərkən rəqibin təhlükəli futbolçuları olduğunu bildirib: “Levandovksi kimi hücumçulara kiçik bir şans da vermək olmaz. Əks halda qol vuracaq və səni cəzalandıracaq. “Bavariya”da ehtiyatlanmalı başqa futbolçular da var. Məsələn, Aryen Robben. O, işinin əsl peşəkarıdır. Bəxtsizlikdən zədələnib. Ancaq meydana çıxsa, bizə çətin olacaq. Onun sol ayağı öldürücü silahdır”.
Qeyd edək ki, "Bavariya" - "Liverpul" görüşü martın 14-ü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB