Kikboksçumuz “Glory 64” turnirində qələbə qazanıb

Kikboksçumuz “Glory 64” turnirində qələbə qazanıb

Azərbaycan kikboksçusu Alim Nəbiyev Strasburqda təşkil olunan “Glory 64” turnirində növbəti döyüşünü keçirib. “Qəbələ” idman klubunun təmsilçisi, yarım orta çəki dərəcəsində mübarizə aparan Alim Nəbiyev hollandiyalı Murtela Qroenhart ilə qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb - 4:1.

Qeyd edək ki, Azərbaycan kikboksçusu peşəkar rinqdə keçirdiyi 58 döyüşdən 51-də, “Glory” seriyasında keçirdiyi 6 görüşdən isə 5-də qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə