Ronaldo: "Bizim üçün çətin olacaq"

Ronaldo: "Bizim üçün çətin olacaq"

"Yuventus"un forvardı Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalının cavab matçından gözləntilərini açıqlayıb. SİA-nın məlumatına görə, portuqaliyalı bu oyunda qələbənin vacib olduğunu deyib. “Atletiko" güclü klubdur. Əla müdafiə olunur. Risk etməyi sevmədiyinə görə əks hücumlara üstünük verir. Bizim üçün çətin olacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, mütləq qalib gəlməliyik. Məqsədimiz budur. Birinci oyunda iki cavabsız qolla uduzacağımızı heç kim gözləmirdi. Futbolda hər şey baş verə bilir. "Yuventus" əla mövsüm keçirir. A Seriyasında məqsədimizə çatmaq üçün inamla irəliləyirik. Eyni uğuru Çempionlar Liqasında təkrarlamaq niyətindəyik”.

Qeyd edək ki, cavab qarşılaşması martın 12-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə