"Barselona"nın və Braziliya millisinin yarımmüdafiəçisi Filipe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Mançester Yunayted" futbolçunu heyətini qatmağı planlaşdırır. İngiltərə klubu Koutinyonun keçidinə 115 milyon avro xərcləməyə hazırdır. Transferin yayda baş tutacağı gözlənilir.
Qeyd edək ki, braziliyalı 2018-ci ildə 135 milyon avro müqabilində "Liverpul"dan transfer olunub. O, cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 25 oyunda meydana çıxıb. Futbolçu hesabına iki qol və iki məhsuldar ötürmə yazdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB