Emil Balayev turun ən yaxşıları sırasındadır

Emil Balayev turun ən yaxşıları sırasındadır

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubunda ilk turun ən yaxşıları müəyyənləşib. SİA-nın məlumatına görə, klubun rəsmi saytı "İrtış"la qarşılaşmanın ən yaxşı 3 oyunçusunun adını açıqlayıb.

Bunlar Azat Nurqaliyev, Nika Kvekveskiri və yeni transfer Emil Balayevdir. "InStat"ın təhlilinə əsasən, rəqibin 15 zərbəsindən çərçivəyə ünvanlanan 5 topa düzgün reaksiya göstərən yığmamızın qolkiperi üçüncü olub. Onun indeksi 268-dir. Ən yaxşı statistik göstəriciyə A.Nurqaliyev malikdie. Sabiq "İnter" və "Qəbələ"li N.Kvekveskiri isə ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə