Santyaqo Solari: "Real" əzmkarlıq sayəsində qalib gəldi"

Santyaqo Solari: "Real" əzmkarlıq sayəsində qalib gəldi"

"Real" klubunun baş məşqçisi Santyaqo Solari La Liqanın 27-ci turunda "Valyadolid" üzərində 4:1 hesablı qələbəni şərh edib. SİA-nın məlumatına görə, mütəxəssis komandasının peşəkarlıq nümayiş etdirdiyini bildirib: "Həftə bizim üçün ağır keçdi. Bu matçda peşəkarlıq nümayiş etdirdik. İlk 25 dəqiqədə problemlərimiz oldu. Meydan sahibi 29-cu dəqiqədə hesabı açmaqla işimizi daha da çətinləşdirdi. Sonradan toparlandıq. "Real" əzmkarlıq sayəsində qalib gəldi. Nəticədən razı qaldım”.

Xatırladaq ki, matçın hakimi Xesus Mil Xansano "Valyadolid"in iki qolunu qeydə almayıb. Videotəkrar hər iki qolun oyundankənar vəziyyətdən vurulduğunu təsdiqləyib. Bu qələbədən sonra sonra "Real" 51 xalla lider "Barselona"dan 12 xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə