“İnter” erməniləri meydana çıxdıqlarına peşman edir-4:0 - CANLI

“İnter” erməniləri meydana çıxdıqlarına peşman edir-4:0 - CANLI

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Birlik kuboku"ndakı təmsilçimiz "İnter" 1/4 final mərhələsi çərçivəsində Ermənistan komandası "Mika" ilə qarşılaşır. Siasport.az saytı xəbər verir ki, Peterburqski İdman Konsert Kompleksində keçiriləcən oyun bu turnirdə Azərbaycan klublarının ermənilərlə üz-üz gəldiyi 3-cü matçdır. Belə ki, 2005 və 2006-cı illərdə "Neftçi" "Pünik"lə qarşılaşıb. Birinci oyunda flaqman erməniləri 2:0 məğlub edib, ikinci qarşılaşmaya isə "Pünik" gəlməyib və komandamız texniki qələbə qazanıb.

"Birlik kuboku"

1/4 final

"İnter" (Azərbaycan) – "Mika" (Ermənistan) - 4:0

Peterburq İdman Konsert Kompleksi

Matçın 30-cu dəqiqəsində künc zərbəsi vuran futbolçularımız bundan maksimum yararlandılar. Petar Zlatinovun ötürməsini Vladimir Levin dəqiq zərbə ilə qola çevirdi. 35-ci dəqiqədə isə Girts Karlsons uzaqdan çərçivəni dəqiq nişan aldı və erməniləri bir daha oyunu meydanın mərkəzindən başlamağa məcbur etdi. Matçın 51-ci dəqiqəsində Dmitri Kruqlov "Mika"nın futbolçusunu ustalıqla aldadaraq topu tora qovuşdurur. Oyunun 60-cı dəqiqəsində Girts Karlsons dubla imza atdı. Künc zərbəsindən ötürülən topu ermənilərin qapısına yönləndirdi-4:0.

Heyətlər

"İnter": Lomaya, Abramidze, Daşdəmirov, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Obikadze, Karlsons.

"Mika": Kasparov, Poqosyan, Tadevosyan, Mİkoyan, Aleks, Mkrtçyan, Voskanyan, Elney, Mandrıçenko, Demel, Beqeryan.

Bütün xəbərlər Facebook səhifəmizdə