“Napoli”nin baş məşqçisi Karlo Ançelotti sabiq komandası PSJ-in Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”ə uduzaraq mübarizəni dayandırmasına münasibət bildirib. İtaliyalı mütəxəssis “Sky Sport”a açıqlamasında Parisdə qeydə alınan nəticəyə təəccübləndiyini deyib: “Həqiqətən bu inanılmazdır. Mən həmin oyunda PSJ-nin baş məşqçisi olsaydım, yəqin ki, ən yaxın körpüdən özümü atardım”.
Xatırladaq ki, Ançelottinin 2011-2013-cü illərdə çalışdırdığı PSJ səfərdə keçirilən görüşdə 2:0 qalib gəlsə də, Parisdəki oyunda 1:3 uduzaraq turnirlə vidalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB