"Real" Mourinyonu baş məşqçi təyin etməyə hazırlaşır

"Real" Mourinyonu baş məşqçi təyin etməyə hazırlaşır

"Real" Joze Mourinyonu komandanın baş məşqçisi təyin etməyə hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə xarici mətbuatda xəbərlər yayılıb.

İddia edilir ki, Santyaqo Solarini istefaya göndərməyə hazırlaşan "Real" "Valyadolid"lə sabah keçiriləcək oyundan sonra Mourinyonun dönüşünü açıqlayacaq.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə "Real"a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə