Fellaini milli karyerasını başa vurub

Fellaini milli karyerasını başa vurub

Belçika yığmasının üzvü Maruan Fellaini milli karyerasını başa vurub. SİA-nın məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" səhifəsində yazıb. O, 12 il şərəfini qoruduğu millidən ayrılmağın asan olmadığını bildirib.

Qeyd edək ki, 2007-ci ildən Belçika millisində çıxış edən Fellaini 87 oyuna 18 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə