"Kasımpaşa" "Xəzər Lənkəranı" məğlub etdi

"Kasımpaşa" "Xəzər Lənkəranı" məğlub etdi

Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxan "Xəzər Lənkəran" Türkiyənin Superliqa təmsilçisi "Kasımpaşa" ilə görüşüb. Siasport.az saytı xəbər verir ki, "Topqapı" arenasında baş tutan matçda komanda 1:4 hesabı ilə məğlub olub. Əsasən baxışda olan futbolçulara şans verən məşqçilər korpusu gənc futbolçulara da özünü göstərmək imkanı yaradıb.

Heyətdə olan Şəhriyar Xəlilov 90, Fikrət Ulduzlu 20 dəqiqə meydanda mübarizə aparıblar. Komandanın yeganə qolunu baxışda olan makedoniyalı futbolçu Duşan Saviç vurub.

Qeyd edək ki, cənub təmsilçisi bu gün və sabah gündə iki dəfə olmaqla məşqlərini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə