Martın 7-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verilib. SİA xəbər verir ki, mərhələnin ilk beş oyununda növbəti hesablar qeydə alınıb:
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Benfika” (Portuqaliya) - 1:0;
“Ayntraxt” (Frankfurt, Almaniya) - “İnter” (İtaliya) - 0:0;
“Renn” (Fransa) - “Arsenal” (İngiltərə) - 3:1;
“Sevilya” (İspaniya) - “Slaviya” (Praqa, Çexiya) -2:2;
“Zenit” (Rusiya) - “Vilyarreal” (İspaniya) - 1:3.
"Çelsi” doğma meydanda Kiyev “Dinamo”suna, “Napoli” isə “Zalsburq”a 3 cavabsız qolla qalib gəlib. "Valensiya" (İspaniya) "Krasnodar"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB