Karvahal və Lukas Vaskes zədələniblər

Karvahal və Lukas Vaskes zədələniblər

"Real"ın futbolçuları Dani Karvahal və Lukas Vaskes Çempionlar Liqasının 1/8 finalında "Ayaks"la cavab oyununda zədələniblər. Klubun saytında yer alan xəbərə görə, tibbi müayinədən keçən hər iki oyunçuda zədə aşkarlanıb. İspaniya mətbuatı Karvahalın bərpa müddətinin 1 ay, Vaskesin martın sonuna kimi çəkəcəyini yazıb.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 matçda 1 qol vurub, 9 qolun ötürməsini verib. Vaskes isə 37 görüşdə 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə