Kasilyasdan yeni rekord: Ronaldonu geridə qoydu!

Kasilyasdan yeni rekord: Ronaldonu geridə qoydu!

UEFA Çempionlar Liqasının 1/8 finalının "Roma" ilə cavab oyunu "Portu"nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub. İspaniyalı qolkiper 1/4 finala yüksəldikləri oyunda (3:1) turnirdə 101-ci qələbəsini qazanıb.
Bununla da 38 yaşlı qapıçı ÇL-də ən çox qələbə qazanan futbolçu adına yiyələnib. Kasilyas bu göstəricidə "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliyalı futbolçunun aktivində 100 qələbə var. "Barselona"nın sabiq üzvü Xavi Hernandes isə 91 qələbə ilə 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə