“Bavariya”dan Levandovskiyə yeni müqavilə təklifi

“Bavariya”dan Levandovskiyə yeni müqavilə təklifi

“Bavariya” futbol klubunun rəhbərliyi polşalı hücumçu Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir. Almaniya mətbuatının yazdığına görə, 30 yaşlı hücumçu ilə 2023-cü ilin yayınadək qüvvədə olan yeni müqavilənin imzalanması nəzərdə tutulur. “Bavariya” klubu yayda “Leypsiq”dən Timo Verneri transfer etmək fikrindədir. Lakin Münxen klubu R.Levandovskini komandadan kənarlaşdırmaq istəmir. Buna səbəb yay transferində Arien Robbenin və Frank Riberinin klubdan ayrılmasıdır.

Polşalı hücumçu cari mövsümdə “Bavariya”da keçirdiyi 33 görüşdə 27 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə