"Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi vaxtından əvvəl pozulan müqaviləyə görə madridlilərdən təzminat tələb edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, eks-çalışdırıcı bu məsələni məhkəmə yolu ilə həll etmək niyyətindədir.
Lopeteqi vaxtından əvvəl ləğv edilən 3 illik sövdələşmə müqabilində “kral klubu”ndan 25 milyon avro istəyir. Mütəxəssis "Real"da cəmi 4 ay çalışıbvə ötən ilin oktyabrında istefaya göndərilib. Madrid təmsilçisi onun rəhbərliyi altında son 17 ildə ilk dəfə turnir cədvəlində 8-ci pilləyə düşüb. "Barselona" darmadağını (5:1) Lopeteqi üçün "Real"da sonuncu matç olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB