Karateçilərimiz Olimpiya reytinqində ilk dördlükdədirlər

Karateçilərimiz Olimpiya reytinqində ilk dördlükdədirlər

Dünya Karate Federasiyası (WKF) yeni Olimpiya reytinqini açıqlayıb. SİA-nın məlumatına görə, ilk iyirmilikdə Azərbaycanın üç karateçisi yer alıb.

Onlardan ən yaxşı nəticə dünya çempionu İrina Zaretskaya (+61 kq) məxsusdur. Karateçimiz siyahıda ikinci yerdə qərarlaşıb. Beşqat dünya çempionu Rafael Ağayev dördüncü pillədə yer alıb. Millimizin digər üzvü Firdovsi Fərzəliyev isə 13-cü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə