UEFA "Roma"nın baş məşqçisi Eysebio Di Françeskonu cəzalandıra bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çalışdırıcı komandasının Çempionlar Liqasının 1/8 finalında "Porto"ya məğlubiyyətindən (1:3) sonra mətbuat konfransına gəlməyib.
Qaydaya görə, baş məşqçilər oyundan sonra təşkil olunan mətbuat konfrasında mütləq iştirak etməlidir.
Xatırladaq ki, İtaliyada keçirilən ilk matç "Roma"nın 2:1 hesablı qələbəsilə başa çatmışdı. Cavab matçında tarazlığı bərpa edən "Porto"nun əlavə vaxtda vurduğu qol komandanı ÇL-in ¼ finalına yüksəldib.
İtaliya mətbuatı Di Françeskonun oyundan sonra istefa qərarı aldığını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB