“Mançester Yunayted” Dibalanı transfer etmək istəyir

“Mançester Yunayted” Dibalanı transfer etmək istəyir

“Yuventus”un futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər. SİA-nın məlumatına görə, argentinalı hücumçunu “Mançester Yunayted” transfer etmək istəyir.

Dibalanı Romelu Lukakunun əvəzləyicisi kimi görən “Mançester Yunayted” bu transfer üçün Turin klubuna 140 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki 26 yaşlı forvard bu mövsüm A Seriyasında 23 oyuna 6 qol vurub. Komanda Çempionlar Liqasında isə 6 oyuna 5 dəfə rəqib qapılarına yol tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə