Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb. SİA xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.
Məlumata görə, referi Yunanıstan Super Liqasının XXIV turunun PAOK - "Atromitos" qarşılaşmasını idarə edəcək. Bu turun mərkəzi qarşılaşması hesab edilir.
Azərbaycanlı referiyə Akif Əmirəli və Rza Məmmədov yan xətt hakimi qismində kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da baş tutacaq.
Maraqlıdı ki, Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edəcək yeganə əcnəbi referi olmayacaq. Məsələ burasındadı ki, AEK - "Panatinaikos" matçı üçün də almaniyalı Tobias Veltsə dəvət göndərilib.
Qeyd edək ki, PAOK hazırda Super Liqada 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB