Joze Mourinyo: "Adımın "Real"la yanaşı çəkilməsi qürurverici haldır"

Joze Mourinyo: "Adımın "Real"la yanaşı çəkilməsi qürurverici haldır"

"Real"ın baş məşqçisi olacağı deyilən Joze Mourinyo iddialarla bağlı açıqlama verib. SİA-nın məlumatına görə, portuqaliyalı mütəxəssis bu xəbərləri təkzib edib: "İndiyədək onlarla kiçik bir təmasımız belə olmayıb. Adımın "Real"la yanaşı çəkilməsi qürurverici haldır. Amma bu günlərdə şaiyələrin yayılması da normaldır".
"Real"ın Çempionlar Liqasında "Ayaks"a uduzmasına münsibət bildirən Mourinyo "Çempionlar Liqasını ardıcıl 5-6 dəfə qazana bilməzsiniz" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə