UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Ayaks"la cavab oyununun (1:4) ilk hissəsində zədələnən "Real"ın hücumçusu Vinisius Juniorun durumuna aydınlıq gəlib. Klubun rəsmi saytında yer alan xəbərə görə, tibbi müayinədən keçən braziliyalı futbolçunun sağ ayaq topuğunda bağların qopduğu məlum olub. Madrid təmsilçisinin həkimləri 18 yaşlı oyunçunun hansı müddətə sıradan çıxdığını açıqlamasa da, İspaniya mətbuatı onun ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.
Qeyd edək ki, "Ayaks"la matçın 35-ci dəqiqəsində zədələnən Vinisius Marko Asensio ilə əvəzlənmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB