"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində PSJ ilə keçirəcəkləri oyundan danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, öz meydanlarındakı görüşdə yetirmələrinin 0:2 hesablı yenilgisinə şahidlik edən norveçli çalışdırıcı "Mançester Yunayted"in mətbuat xidmətinə açıqlama verib: "Özümüzü hesabdan silə bilmərik. Son vaxtlar səfər oyunlarında fantastik təsir bağışlamışıq və PSJ-yə gücümüzü göstərməyə hazırlaşırıq. Komandam öz oyunundan zövq almalıdır. Bilirik ki, Paris qonaqların sözünü deməsi üçün o qədər də münasib yer deyil. Onlar "Old Trafford”da da xoş təsir bağışlayıblar. Deməli, cavab qarşılaşması futbolçularımız üçün əla çağırışdı. Fasiləyə qədər bir qol vursaq, ikinci yarıda hər şey baş verə bilər. Qolları vursaq, heç 2:0 hesabını da qorumağa çalışmayacağıq. Məncə, iki top vurub nəticəni qorumağa çalışmaqdansa, 4:2 hesabı ilə qalib gəlmək yaxşıdır”.
Xatırladaq ki, PSJ - Manchester United matçı bu gün saat 00:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB