Çempionlar Liqasında mübarizəni dayandıran “Real” daha bir uğursuz göstərici ilə yadda qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi bu turnirdə tarixində ilk dəfə ardıcıl iki ev oyununda uduzub.
Ötən ilin dekabrında Madriddə Rusiyanın SSKA klubuna 0:3 hesabı ilə məğlub olan “kral klubu” ötən gecə “Ayaks”a 1:4 yenilib.
Xatırladaq ki, “Ayaks” “Real”ı mübarizədən kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB