Azərbaycan şahmatçıları dünya çempionatında İngiltərə yığması ilə qarşılaşırlar
Bu gün Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatının ikinci turunun oyunları keçirilir. SİA-nın məlumatına görə, növbəti turda Azərbaycan şahmatçıları İngiltərə yığması ilə qarşılaşır. İngilislər ilk turda Qazaxıstan komandası üzərində qələbə qazanıblar (2,5:1,5). Millimiz isə Çin yığmasına məğlub olub (0,5:3,5).
İlk turdan kənarda qalan Arkadi Naydiç bu dəfə komandaya kömək edir. Arkadi Naydiç Maykl Adams, Rauf Məmmədov Lyuk Makşeyn, Qədir Hüseynov Devid Houvell, Eltac Səfərli Geveyn Djonsla mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB