"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının Liqasının 1/8 finalında "Borussiya" ilə səfər matçını (1:0) təhlil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çalışdırıcı mühüm qələbə əldə etdiklərini deyib: “Fantastik oyun oldu. Lazım olanı etdik. Artıq pley-off mərhələsindəyik. Birinci yarıda problemlərimiz oldu. Meydan sahibinin güclü təzyiqi bizi sıxırdı. Futbolda dözməyi bacarmalısan. "Borussiya" kifayət qədər təhlükəli oynadı. İtirəcəyi bir şey yox idi. Buna görə də risk edirdi. "Tottenhem" fantastik uğur əldə etdi. İndi daha cəsarətli olmalıyıq. Güclüyük, bəzi arzularımızı həyata keçirmək imkanımız yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB