"Real"ın futbolçusu "Ayaks"la matçda ağlayıb - FOTO

"Real"ın futbolçusu "Ayaks"la matçda ağlayıb - FOTO

Xəbər verdiyimiz kimi, "Real" Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Ayaks"a 1:4 hesabı ilə yenilərək mübarizəni dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madriddə keçirilən matça "Kral Klubu"nun futbolçusu Viniçius Juniorun gözyaşları damğa vurub. Belə ki, qarşılaşmanın 35-ci dəqiqəində zədələnən və Marko Asensio tərəfindən əvəzlənən gənc futbolçu gözyaşı töküb.

Braziliyalı futbolçunun zədəsinin ciddi olduğu və uzun müddət yaşıl meydanlardan kənarda qalacağı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə