ÇL-də 1/8 finalın növbəti cavab oyunları keçiriləcək

ÇL-də 1/8 finalın növbəti cavab oyunları keçiriləcək

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları keçiriləcək. SİA-nın məlumatına görə, bu gecə daha 2 qarşılaşma baş tutacaq. PSJ doğma meydanda "Mançester Yunayted"i qəbul edəcək. Səfər matçında qələbə qazanan (2:0) Paris təmsilçisi növbəti mərhələyə daha yaxındır. Ancaq ingilislər də Fransaya iddialı yollanıblar.

Gecənin digər oyununda isə "Roma" səfərdə "Portu"nun qonağı olacaq. "Canavarlar" İtaliyadakı ilk qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub etsələr də, Portuqaliyada işi heç də asan olmayacaq.

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

7 mart

00:00. "Portu" - "Roma"

İlk oyun - 1:2

00:00. PSJ - "Mançester Yunayted"
İlk oyun - 2:0

13 mart

00:00. "Yuventus" - "Atletiko"
İlk oyun - 0:2

00:00. "Mançester Siti" - "Şalke
İlk oyun - 3:2

14 mart

00:00. "Barselona" - "Lion"
İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul"
İlk oyun - 0:0

6 mart

00:00. “Real" – “Ayaks" - 1:4
Qollar: H. Ziyeç, 7 (0:1), Neres, 18 (0:2), D. Tadiç, 62 (0:3), M. Asensio, 72 (1:3), L. Şöne, 75 (1:4)
İlk oyun – 2:1

00:00. “Borussiya” (Dortmund) – “Tottenhem” - 0:1
Qol:
H. Keyn, 48
İlk oyun – 0:3

Bütün xəbərlər Facebook səhifəmizdə