"Arsenal"ın müdafiəçisi Naço Monreal vətəninə qayıda bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniya millisinin üzvü "Barselona"nın maraq dairəsindədir.
Kataloniya klubu 33 yaşlı oyunçuya sol cinah müdafiəçisi Xordi Albanın əvəzləyicisi gözü ilə baxır. Monreal İspaniya nəhənginə yayda havayı keçə bilər. Çünki onun "topçular"la müqavilə müddəti mövsümün sonuna qədərdir. "Arsenal" rəhbərliyi bir müddət əvvəl ona yeni müqavilə təklif etsə də, tərəflər ortaq məxrəcə gələ bilməmişdilər.
Qeyd edək ki, "Arsenal"a 2013-cü ildə "Malaqa"dan keçən N.Monreal London klubunun heyətində 227 matçda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB