“Benfika”nın yarımmüdafiəçisi Juan Feliks karyerasını İtaliyada davam etdirə bilər. “AS” nəşrinin yazdığına görə, “Yuventus” 19 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qoca sinyora”nın bu keçid üçün qarşı tərəfə 120 milyon avro ödəməyə hazır olduğu bildirilir. “Yuventus”un idman direktoru Fabio Paratiçinin artıq “Benfika” rəhbərliyi və futbolçunun meneceri Jorje Mendeşə bu barədə məlumat verdiyi iddia olunur.
Qeyd edək ki, Felikslə “Mançester Yunayted”, “Barselona”, “Real” və “Atletiko” da yaxından maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB