"Mançester Yunayted"in UEFA Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyununu buraxacaq futbolçuları dəqiqləşib. Klubun saytında yer alan xəbərə görə, yarımmüdafiəçilər Xuan Mata, Ander Errera, Cessi Linqard, Nemanya Matiç və hücumçular Aleksis Sançeslə Antoni Marsyalın Paris klubu ilə görüşü buraxacağı açıqlanıb. Adıçəkilən futbolçular zədəli, Pol Poqba isə cəzalı durumda olduğundan "mankunyanlar"a kömək edə bilməyəcək. Gənc hücumçu Markus Reşfordun meydana çıxacağı isə sual altındadır.
Qeyd edək ki, sabah gecə keçiriləcək PSJ - "Mançester Yunayted" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB