"Mançester Siti" futbolçusu Eliakim Manqala ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytında yer alan xəbərə görə, 28 yaşlı müdafiəçinin bu ilin iyun ayına qədər olan sözləşməsi daha 1 illik uzadılıb. Qeyd edək ki, bu mövsüm İngiltərə təmsilçisinin əsas heyətində şans tapmayan Fransa millisinin sabiq üzvü geridə qalan illərdə daha çox digər komandalara icarəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB