“Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri komandasını dəyişməyəcək. Almaniya klubunun rəsmi saytında yer alan xəbərə görə, 23 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb. Anlaşmaya əsasən, alman futbolçu 2023-cü ilin yayına qədər Münhen təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Qnabri bundan əvvəlki iki mövsümü icarə əsasında “Verder” və “Hoffenhaym”da keçirib. Bu mövsüm “Bavariya”nın heyətində debüt edən yarımmüdafiəçi Bundesliqada keçirdiyi 21 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB