"Real"ın yarımmüdafiəçisi Marko Asensio A Seriyasına keçə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Yuventus" futbolçunu hədəfə alıb. Turin təmsilçisi hesab edir ki, “kral klubu"nda əsas heyətdə yerini itirən ispaniyalı keçidə razılıq verəcək.
Asensionun indiki müqaviləsi 2023-cü ildə başa çatır. Bu baxımdan futbolçunun transfer qiyməti yüksək olacaq. Onun hələ ötən il Turin klubuna can atdığı deyilirdi.
M.Asensio cari mövsümdə "Real"ın heyətində 20 oyunda meydana çıxıb. O, yanvardan bəri isə cəmi bir oyunda start heyətində yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB