Bekhemin ABŞ-da heykəli ucaldılıb

Bekhemin ABŞ-da heykəli ucaldılıb

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin ABŞ-da heykəli qoyulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, veteran futbolçunun sabiq klubu "Los Anceles Qalaksi"nin təşəbbüsü ilə inşa edilən heykəlin ötən günlərdə açılışı olub.

MLS tarixində heykəli ucaldılan ilk futbolçu olan Bekhem təqdimat mərasimində bu sözləri deyib: “Bizim şəhərimiz, bizim evimiz. Ailəmlə birlikdə bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etdim və buna görə sizə sonsuzadək minnətdar olacağam”.

Qeyd edək ki," Mançester Yunayted", "Real", "Milan" kimi komandalarda çıxış edən D.Bekhemin son klubu PSJ olub.

Bütün xəbərlər Facebook səhifəmizdə