Qadın güləşçilərimiz U-23 Avropa çempionatında yarışacaq - HEYƏT

Qadın güləşçilərimiz U-23 Avropa çempionatında yarışacaq - HEYƏT

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, sabah qitə birinciliyində qadın güləşçilərin mübarizəsinə start veriləcək. Məsul yarışda yığmamızın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq.

Qeyd edək ki, AÇ-də qadınlar martın 6-8-də çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə