"Neftçi" üç itki

Premyer Liqanın 20-ci turunda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. SİA-nın məlumatına görə, "ağ-qaralar" oyuna itkilərlə çıxacaq. Komandanın yarımmüdafiəçisi Soni Mustivarla müdafiəçisi Məhəmməd Mirzəbəyov 19-cu turda "Sabah"la görüşdə (3:0) cəzalı duruma düşüblər. Hər iki futbolçu sarı vərəqə limitini doldurduğu üçün səfər matçında iştirak etməyəcək.

Bundan əlavə, paytaxt klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev zədəlidir.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü martın 10-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə