AFFA İK "Neftçi"ni cərimələdi

AFFA İK "Neftçi"ni cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Neftçi” - “Sabah” matçında “Neftçi”inin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə