PSJ - "Mançester Yunayted" matçını sloveniyalı hakimlər idarə edəcək

PSJ - "Mançester Yunayted" matçını sloveniyalı hakimlər idarə edəcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ - "Mançester Yunayted" arasında keçiriləcək cavab matçına hakim təyinatları açıqlayıb. Qurumun rəsmi saytında yer alan xəbərə görə, görüşü sloveniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damir Skomina olacaq. Ona Yure Proprotnik və Robert Vukan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Matey Jug yerinə yetirəcək. VAR (videotəkrar) sisteminə isə italiyalı referilər Massimiliano İrratti və Marko Quida nəzarət edəcəklər.

Qeyd edək ki, martın 6-da keçiriləcək PSJ - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. İngiltərədəki ilk görüş fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə