"Porto"-"Roma" matçını Cüneyt Çakır idarə edəcək

"Porto"-"Roma" matçını Cüneyt Çakır idarə edəcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin bu həftə keçiriləcək 4 cavab oyununa hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytında yer alan məlumata görə, sabah keçiriləcək "Real" - "Ayaks" matçını almaniyalı Feliks Brix idarə edəcək. "Borussiya" (Dortmund) - "Tottenhem" görüşü isə hollandiyalı Danni Makkelieyə tapşırılıb.
Martın 6-da "Porto" ilə "Roma" arasında Portuqaliyada keçiriləcək matçı Cüneyt Çakır idarə edəcək. Həmin gün Parisdə oynanılacaq PSJ - "Mançester Yunayted" görüşünə isə Damir Skomina (Sloveniya) təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə