Pirlo “Yuventus”da məşqçilik edəcək?

Pirlo “Yuventus”da məşqçilik edəcək?

“Yuventus”un sabiq futbolçusu Andrea Pirlo Turin klubuna qayıda bilər. “Football İtalia” nəşri yazır ki, klubdan “maestro”ya təklif gəlib. Ona “Yuventus”un ikinci komandasını (U-23) çalışdırmaq təklif olunub. Pirlo hələlik bu barədə fikir bildirməyib.

Qeyd edək ki, 39 yaşlı veteran yarımmüdafiəçi artıq məşqçilik lisenziyasını alıb. Xatırladaq ki, Pirlo 2011-2015-ci illərdə “Yuventus”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə