Bakıda futtennis üzrə ikinci beynəlxalq turnir davam edir

Bakıda futtennis üzrə ikinci beynəlxalq turnir davam edir

Bakıda keçirilən futtennis üzrə ikinci beynəlxalq turnir davam edir. SİA-nın məlumatına görə, "Marafon" İdman Klubunda təşkil edilən turnirdə 4 Azərbaycan komandası ilə yanaşı, Rusiya, Gürcüstan və İran kollektivləri də birincilik uğrunda mübarizə aparır.

Ölkəmizi yarışda ASTA, "EGE Hospital", "Leon" və "Marafon" klubları təmsil edir.

Qeyd edək ki, turnirin qalibləri bu gün müəyyənləşəcək.

Onu da nəzərinizə çatdıraq ki, beynəlxalq turniri izləyənlər arasında Beynəlxalq Tələbə Futbolu İttifaqının baş direktoru Andrey Stukalov, Ümumrusiya Həvəskar Futbol Liqasının prezidenti Maksim Simonov və Azərbaycan Futnet Federasiyanın rəhbərliyi də var.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə