Neymar: "Gələcəkdə nə olacağını heç kim bilmir"

Neymar: "Gələcəkdə nə olacağını heç kim bilmir"

PSJ-nin forvardı Neymar gələcəyi barədə danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, braziliyalı Madrid "Real"ına keçidi və ya "Barselona"ya qayıdışından üstüörtülü söz açıb: "Real" dünyanın ən böyük klublarındandır. İstənilən futbolçu burada oynamaq istəyər. Səhv başa düşməyin, mən özümü nəzərdə tutmuram. “Kral klubu”na hörmət edirəm. Lakin hazırda özümü PSJ-də görürəm. Burada hər şey ürəyimcədir. Fikrimi indiki klubuma cəmləmişəm. Futbolçunun karyerası sabit qalmır. Gözlənilməz hadisələrlə üzləşirsən. Gələcəkdə nə olacağını heç kim bilmir. Uşaqlıqda "Barselona" barədə düşünürdüm. Arzuma çatdım. Qarşıdakı 3 ayda nə olacağını hələlik təsəvvür etmirəm deyə, indi heç bir klub məni cəlb etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə