"Azərbaycanlı azarkeşlər tərəfindən yüksək qonaqpərvərliklə qarşılandım. Bakıdakı ab-hava və burada gördüklərim məni çox sevindirdi". SİA-nın məlumatına görə, bu sözləri AFFA-nın hesabat konfransında iştirak edən futbol üzrə Portuqaliya millisinin sabiq üzvü Anderson Luis de Souza (Deku) jurnalistlərə müsahibəsində deyib.
Ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan veteran futbolçu bildirib: “Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa baxmaq üçün yenidən ölkənizə gələcəyəm. İlk səfərim zamanı ölkənizə futbolçu kimi gəlmişdim. Həmin vaxt Bakı ilə tanış olmaq imkanım yox idi. Budəfəki səfərim isə tamamilə fərqlidir”.
Deku final oyunu ilə bağlı təxminlərinə dair suala cavabında qeyd edib: “Final oyununda güclü komandaların mübarizə aparacağına inanıram. Ümid edirəm ki, final cütlüklərindən biri “Çelsi” klubu olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB