Nazir: “Atletlərimizin Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı çox vacib məsələdir” - AÇIQLAMA
“Birləşmiş Ərəb Əmirliklərində 8-22 mart tarixlərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək atletlərimizlə görüşdük. Yarışlara 50-yə yaxın ölkənin idmançıları qatılacaq. Oyunlarda Azərbaycanın 56 atleti mübarizə aparacaq”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O qeyd edib ki, atletlərimizin Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı çox vacib məsələdir: “İstəyirik hər kəs bilsin ki, bu gənclər də bizim ölkənin vətəndaşlarıdır və bu cəmiyyətin üzvləridir. Onların Azərbaycanda gedən bütün proseslərə, işlərə qatılması çox vacibdir. Həmçinin ölkəmizdə keçən il təşkil edilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu və Xüsusi Olimpiya Komitəsinin qurultayı göstərdi ki, Azərbaycanda bu istiqamətdə əsaslı işlər aparılır. İnanırıq ki, insanlar daun və autizm sindromlu uşaqlara köməklərini əsirgəməyəcəklər. Yığma komandamıza uğurlar və ölkəmizə medallarla qayıtmağı arzu edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB