Üç gün sonra AL-in final oyununa onlayn bilet satışına start veriləcək

Üç gün sonra AL-in final oyununa onlayn bilet satışına start veriləcək

"Üç gün sonra UEFA Avropa Liqasının final oyununa onlayn bilet satışına start veriləcək. Statistika göstərir ki, həmişə biletlər qısa müddətdə satılır. Buna görə də azarkeşləri fəal olmağa çağırıram". SİA-nın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun hesabat konfransında deyib.

E.Məmmədov bildirib ki, ötən ilin sonunda UEFA tərəfindən final oyununa 1500 VIP bilet satışa çıxarıldı. Həmin biletlərin qiyməti 890 avro idi. Həmin biletlər iki həftə ərzində satıldı. Azərbaycandan 19 VIP bilet alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə