"Topaz" markası altında fəaliyyətə başlayacaq mərc oyunlarına 18 Yanvar 2011-ci il tarixindən start verilir. Siasport.az saytı xəbər verir ki, bununla da, idmansevərlər, xüsusilə də futbolla maraqlanan insanlar asudə vaxtlarını daha maraqla keçirib, futbol biliklərini yoxlayıb, eyni zamanda qazanc əldə edə bilərlər. Xüsusi ilə qeyd edək ki, qazanılan bütün uduşların tam şəkildə qaliblər tərəfindən əldə ediləcəyinə təminat verilir. Oynamaq istəyənlər hələlik Bakı və Abşeron yarımadasında, sonradan isə bütün Azərbaycan ərazisində "Topaz" satış məntəqələrinə yaxınlaşaraq, istədikləri idman oyunlarına müxtəlif kombinasiyalar qura bilərlər.
31 may 2010-cu il tarixində "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib ki, bu Qanunla idman mərc oyunlarının həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası da təmin edilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 iyun 2010-cu il tarixində imzaladığı Fərmanla bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə Dövlət qurumlarına idman mərc oyunlarının həyata keçirilməsi üçün lazımi göstərişlər verilib. "Topaz" Azərbaycan idmanının inkişafına təkan vermək məqsədilə gəlirinin bir hissəsini idmanın inkişafına yönəldəcək.
Belə ki, 30 iyun 2009-cu il tarixində qəbul edilən Azərbaycan Respublikasının "Bədən tərbiyəsi və idman haqqında" Qanunu ilə idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər bədən tərbiyəsi və idmanın maliyyə mənbələri arasında göstərilib (847-IIIQ nömrəli Bədən tərbiyəsi və idman haqqında qanun, 54-cü maddə). 20 avqust 2010-cu il tarixində isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 152 və 153 nömrəli qərarları ilə İdman mərc oyunlarından əldə edilən vəsaitlərdən bədən tərbiyəsi və idmana ayrılan hissə müəyyənləşib və "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası" ilə "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları" təsdiq edilib.
Bundan başqa, ən önəmli məqamlardan biri dövlətin bu oyundan vergi əldə etməsidir. "Topaz" nəinki idmanın inkişafına yardımçı olacaq, həm də dövlət büdcəsinə ödəyəcəyi vergilərlə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə öz töhvəsini verəcək. Belə ki, 29 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin idman mərc oyunlarının həyata keçirilməsi fəaliyyətinin vergi öhdəliklərini tənzimləyən 245 nomrəli qərarı qəbul edilib. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli 55 nomrəli qərarına əlavədir. Bütün idmansevərləri həm biliklərini yoxlayaraq, vaxtlarını daha da maraqlı keçirməyə, həm də idmanımıza və dövlətimizə fayda verəcək "Topaz" oyununu oynamağa dəvət edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB